BAKI, 14 iyun. TELEQRAF
Vəhdət Partiyasının sədri Tahir Kərimli postundan gedib.
Teleqraf xəbər verir ki, sədr postuna Adəm Bakuvi seçilib.
Xatırladaq ki, Tahir Kərimli Ali Məhkəməsinin sədri işləyib (1992–1993), İsmayıllı rayon Xalq Deputatları Sovetini deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olub.
1992-ci ildə Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsi verib.
1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.
Milli Məclisin V və VI çağırış deputatı olub.