AZ

Körpələrə albalı və gilas nə vaxt verilə bilər?

ain.az bildirir, Medicina saytına əsaslanaraq.

Körpələr ilk 6 ay ana südü ilə qidalanır. Daha sonra onların əqli və fiziki inkişafına uyğun olaraq əlavə qidaya keçid edilir. Valideynləri də maraqlandırır ki, körpələrə hansı yeməyi nə vaxt vermək olar.

İndi albalı, gilas mövsümüdür. Körpələrə bu meyvələr nə vaxt verilə bilər?

“Medicina” xəbər verir ki, tamamlayıcı qidaya keçid zamanı körpələrə ehtiyaclarına uyğun qidalar verilir. Bununla belə, nəzərə alınmalı bəzi məqamlar var.

Bu müddət ərzində bəzi qidalar allergik reaksiyalara görə verilmir. Bu məqamda maraq doğuran suallardan biri də körpələrə albalı nə vaxt verilir? Əlavə qidaya keçid zamanı allergiya riski olduğundan körpələrə albalı verilməsi məsləhət görülmür. 1 yaşına çatdıqda mütləq həkimlə məsləhətləşdikdən sonra verilməlidir.

Aygün Musayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
icma.az

2Mənbələr