Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni sosial mənzillərin inşasına başlanılır.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, bununla bağlı hazırlıqlara ötən il start verilsə də, layihə-smeta sənədləri ilə bağlı yekun tədbirlər görülməmişdi.
Artıq MİDA Saray qəsəbəsində tikiləcək çoxmənzilli yaşayış binalarının tikinti layihəsini və müəllif nəzarətinin aparılması üzrə əlavə işləri görəcək şirkəti müəyyənləşdirib.
Belə ki, MİDA sözügedən işlərin icrasını “Arch-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 125 316 manat ödənilib və tikinti layihəsinin bu ilin avqustun 12-də tamamlanması razılaşdırılıb.