AZ

Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO

Bu gün Şəkidə güclü küləklə müşayiət olunan leysan yağışı bir sıra fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək şəhərin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb.

Nəticədə ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb. Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Bundan başqa, şəhərin müxtəlif ərazilərində və Oxud kəndində də irigövdəli ağaclar aşıb.
Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb. Aidiyyəti təşkilatlar fəsadların aradan qaldırılmasına cəlb olunub.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
13
bizim.media

1Mənbələr