AZ

İki hücumçu arasında seçim edir - Premyer Liqa mənsubu

“Mançester Yunayted” yeni mövsümə güclü hücum xətti ilə başlamaq üçün transfer bazarında aktiv fəaliyyət göstərir.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Viktor Qyokereş (“Sportinq”) və Viktor Osimhenlə (“Napoli”) maraqlanır.

Bu iki hücumçu uğrunda mübarizəyə digər Premyer Liqa klubları – “Arsenal” və “Çelsi” də qoşulub.

27 yaşlı Qyokereşin transfer dəyəri təxminən 75 milyon avro təşkil edir. 26 yaşlı Osimhenin qiyməti isə 70 milyon avro civarındadır.

“Mançester Yunayted” son mövsümdə Premyer Liqada uğursuz çıxış edərək turnir cədvəlini 15-ci pillədə başa vurub. Klub yeni mövsüm üçün heyəti gücləndirmək məqsədilə ciddi addımlar atmağa hazırlaşır.

Seçilən
18
sportinfo.az

1Mənbələr