AZ

AZAL Naxçıvan və İstanbul istiqamətində uçuşların sayını artırır

BAKI, 14 iyun. TELEQRAF

Sərnişin axınının artması ilə əlaqədar AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

Bu barədə Teleqraf-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, iyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

Bakı–İstanbul–Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyun tarixlərində yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

Seçilən
22
15
teleqraf.com

4Mənbələr