AZ

İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü

İmişlidə güllələnmə hadisəsi baş verib.

Ölkə.Az Oxu.az-a istinadən xəbər verir ki, rayonunun Şəmmədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Səxavət Qəhrəmanov ov tüfəngi ilə öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 1992-ci il təvəllüdlü Elşən Hüseynov saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Seçilən
40
1
olke.az

2Mənbələr