"Liverpul"un futbolçusu Endru Robertson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Madridin "Atletiko" klubu şotlandiyalı ulduz ilə yaxından maraqlanır. Tərəflər arasında danışıqlar aparılır, Robertson "Atletiko"ya keçməyə könüllüdür. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı müdafiəçinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.