AZ

İrandan bu 3 ölkəyə ŞOK XƏBƏRDARLIQ: Vuracağıq!

İran İsrailə qarşı planlaşdırılan addımların qarşısını almağa çalışmağa cəhd edən ölkələri təhdid edib.

”Bakuinfo”nun xarici mediaya istinadən xəbərinə görə, İran xəbərdarlıq edib ki, ABŞ, Böyük Britaniya və Fransa İslam Respublikasının İsrailə hücumlarının qarşısını almağa çalışsalar, Tehran bu ölkələrin Yaxın Şərq və Körfəzdəki hərbi bazalarını, həmçinin gəmiləri vuracaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin hücumuna baxmayaraq, ABŞ ilə danışıqların növbəti raundunda iştirak edib-etməyəcəkləri ilə bağlı açıqlama verib.

"Qarşı tərəfin atdığı addım danışıqları və dialoqu faktiki olaraq mənasızlaşdırdı”, - o deyib.

Böyük Britaniyanın baş naziri Keir Starmer isə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertzlə telefon danışığından sonra Bloomberg-ə açıqlama verib: “Biz uzun müddətdir ki, İranın nüvə proqramı ilə bağlı narahatıq və İsrailin özünümüdafiə hüququnu tam tanıyırıq”. Musavat.com

Seçilən
56
2
bakuinfo.net

10Mənbələr