Yaponiyanın Sapporo şəhərində keçirilən MMA üzrə “Rizin Landmark 11” beynəlxalq turnirində idmançımız Vüqar Kərəmov (71 kq) qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Yaponiya idmançısı Şuya Kimuraya qalib gəlib.
Qeyd edək ki, Kərəmov bu görüşlə qələbələrinin sayını 7-yə çatdırıb. Şuya Kimura isə peşəkar karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta