AZ

Netanyahu İranı tezliklə bütün hədəflərə hava zərbələri endirməklə hədələyib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İranın “rejimin hər bir obyektinə və hədəfinə” zərbə endirəcək.

Bizimyol.info xəbər verir ki, müvafiq bəyanatı Baş nazir Benyamin Netanyahu ofisinin yaydığı videomüraciət zamanı verib.

Netanyahu: "Yaxın gələcəkdə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz, biz ayətullah rejiminin hər bir obyektinə və hədəfinə zərbə endirəcəyik", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr