AZ

Dünya çempionatı: İki cüdoçumuz mübarizəni erkən dayandırdı

Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulub.

Yenisabah.az xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatamiyə çıxıblar.

Hər iki cüdoçu erkən mərhələdə mübarizəni dayandırıb - R.Paşayev 1/8 finalda, G.Məmmədəliyeva isə 1/32 finalda rəqiblərinə məğlub olublar.

Xatırladaq ki, bir gün əvvəl də Azərbaycanın üç cüdoçusu yarışa qatılmış, lakin mükafatçılar sırasına düşə bilməmişdi.

Ümumilikdə dünya çempionatında Azərbaycanı fərdi yarışlarda 13 cüdoçu (9 kişi, 4 qadın) təmsil edir. Milli komanda həmçinin qarışıq komanda yarışında da gücünü sınayacaq.


Telegram kanalımız
Seçilən
48
1
yenisabah.az

10Mənbələr