AZ

Ukraynalı hücumçu Qasperininin planlarına daxil deyil

İtaliyanın "Roma" klubu Artem Dovbiklə yollarını ayırmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi ukraynalı forvardı satışa çıxarıb. Bu barədə "Calcio in Pillole" məlumat yayıb.

Dovbik "Roma"nın yeni baş məşqçisi Can Pyero Qasperininin planlarına daxil deyil. Paytaxt klubu 27 yaşlı hücumçuya gələn təklifləri dəyərləndirəcək.

Qeyd  edək ki, "Roma" Artem Dovbiki 2024-cü ilin yayında "Jirona"dan transfer edib. Ukrayna millisinin üzvü "canavarlar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
17
1
sportal.az

2Mənbələr