AZ

Netanyahu Trampı İrana qarşı belə “qızışdırıb” - ŞOK DANIŞIQ DEŞİFRƏ OLDU

Əvvəlcə İsrailin İrana hücumlarına qarşı çıxan ABŞ prezidenti Donald Tramp sonradan bu əməliyyatları dəstəkləyib.

Yenisabah.az xəbər verir ki, Amerikanın The Wall Street Journal nəşri Vaşinqtondakı bu fikir dəyişikliyinin pərdəarxası detallarından yazıb. Bununla da İsrailin İrana hücumlarından sonra bölgədə gərginlik artdıqda, ABŞ-ın prosesə necə qarışdığı aydınlaşmağa başlayıb.

WSJ-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp əvvəlcə Təl-Əvivi dayandırmağa çalışıb. Trampın açıqlamaları da bu münasibəti əks etdirib.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlarında açıq şəkildə hücuma qarşı olduğunu bildirib.

Tramp diplomatiyaya şans verilməsini istəyəndə Netanyahu: “Gözləyə bilmirik” - cavabını verib. 60 günlük razılaşma prosesinin sona çatdığını xatırladan Netanyahu İsrailin indi özünü müdafiə etmək üçün hərəkətə keçməli olduğunu deyib.

Nəşrin məlumatına görə, Tramp, nəhayət, Netanyahuya yaşıl işıq yandırıb.

Danışıqlar nəticə vermədikdən sonra Tramp ABŞ-nin İsrailin yolunu kəsməyəcəyini bildirib. Bununla belə, o, ABŞ ordusunun hücumda birbaşa iştirak etməyəcəyini də vurğulayıb.

Nəşr sonda Ağ Evdəki mənbələrə istinadən bildirib ki, Netanyahu Trampı İranın nüvə sazişini heç vaxt qəbul etməyəcəyinə inandırıb və bununla da ABŞ liderini razı salıb./Musavat.com


Telegram kanalımız
Seçilən
54
3
yenisabah.az

10Mənbələr