Bakı. Trend:
13 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində tanınmışamerikalı jurnalist və yazıçı Tomas Qoltsun həyat vəyaradıcılığına, Azərbaycanın enerji siyasətinin təbliğində oynadığırola həsr olunmuş “Tomas Qolts: Neft Odisseyası” sənədli filmininpremyerası keçirilib.
Trend xəbər verir ki, tədbirÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünəhəsr olunub. Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri,SOCAR rəhbərliyi, İqtisadiyyat Nazirliyinin və SOCAR-ınəməkdaşları, mərhum Tomas Qoltsun ailə üzvləri, ictimaiyyətnümayəndələri, o cümlədən rəmzi olaraq Bakı Ali Neft Məktəbinin 102tələbəsi iştirak edib.
Tədbirin açılışında “Neft Odisseyası” sənədli filmində Ulu ÖndərHeydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasından,Azərbaycanın neft sənayesinin ölkəmizin müasir tarixindəki rolundanbəhs olunduğu vurğulanıb. Filmdə, həmçinin nadir arxivmaterialları, müsahibələr və Tomas Qoltsun şəxsi xatirələri yeralır.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müdrikliyi və stratejibaxışı nəticəsində reallaşdırılan “Əsrin müqaviləsi”ninAzərbaycanın enerji sektorunu dünyaya tanıdaraq ölkəmizi qlobalenerji bazarlarında mühüm tərəfdaşa çevirdiyi qeyd olunub. Bugünküuğurların təməlində Ümummilli Liderin siyasi iradəsinin vədüşünülmüş enerji strategiyasının dayandığı qeyd olunub.
Tədbirdə Tomas Qoltsun jurnalistik fəaliyyətinin böyük hissəsiniölkəmizə həsr etməsi və Azərbaycan həqiqətlərinin beynəlxalqictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi xidmətlər xüsusivurğulanıb.
Filmin təqdimat mərasimində ADA Universitetinin rektoru, fəxriqonaq Hafiz Paşayev çıxış edərək mərhum Tomas Qoltsun Azərbaycanlabağlı fəaliyyətindən, enerji strategiyamızın təbliğinə verdiyidəyərli töhfələrdən bəhs edib.
Mərhum jurnalistin qardaşı Vinsent Qolts Tomas QoltsunAzərbaycana olan dərin sevgisindən danışıb və ailəsi adından bufilmə, eləcə də onun xatirəsinin yaşadılmasına göstərilən diqqətəgörə minnətdarlığını ifadə edib.
Tədbirdə Tomas Qoltsun Azərbaycanın böyük dostu kimi xatırlanıbvə onun dəyərli irsi ehtiramla yad olunub.