İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə IDF-nin rəsmi "X" hesabı vasitəsilə paylaşım edilib.
Qeyd olunub ki, əməliyyat kəşfiyyat məlumatlarına əsasən keçirilib.
Nəticədə, İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.