AZ

Lavrov Arakçı ilə danışdı, İsrailin hücumunu pislədi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Arakçı ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov həmkarına Rusiyanın İsrailin İrana qarşı hərbi əməliyyatı pislədiyini bildirib.

Nazir Rusiyanın İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün yardım göstərməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
axar.az

10Mənbələr