Bu gün səhər saatlarında Bakının Həsən bəy Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza 18 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun iştirakı ilə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat verib.
Bildirilir ki, saat 07:45də piyadalar üçün nəzərdə tutulmayan ərazidən qaçaraq yolu keçmək istəyən iki nəfər qəflətən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman 30-35 km/saat sürətlə hərəkət edən avtobus onlardan birini vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
4Mənbələr
-
pravda.azBakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR ( 18248926)
-
cebheinfo.azBakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - GÖRÜNTÜLƏR ( 18248863)
-
demokrat.azBakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı — ANBAAN GÖRÜNTÜLƏR ( 18248092)
-
oxu.azBakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı ANBAAN GÖRÜNTÜLƏR ( 18248062)