AZ

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın telefon danışığında Tehranın Vaşinqtonla danışıqlara qayıtması istisna etməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.

Diplomat xatırladıb ki, İsrail iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu ərəfəsində sözün əsl mənasında zərbələr endirib.

“Donald Tramp da öz növbəsində vəziyyəti çox narahatedici kimi qiymətləndirib, bununla belə, İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrin effektivliyini etiraf etdi”, - Y.Uşakov söyləyib.

"Rusiya və Amerika prezidentlərinin mürəkkəb vəziyyətə baxmayaraq, İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etmələri xarakterikdir", - Rusiya liderinin köməkçisi əlavə edib.

Seçilən
16
3
operativmm.az

4Mənbələr