Əməkdar artist Xumar Qədimova yeni layihəsini təqdim edib.
Publika.az xəbər verir ki, sənətçi uzun müddətdir anons etdiyi mahnısını sevənlərinin ixtiyarına verib.
Sözləri Rəşad Məcid, musiqisi Neyman Mustafazadəyə aid olan mahnı “Vəhşi kimi” adlanır.
Xumar yeni işi üçün obyektiv qarşısına keçərək fərqli tərzdə fotosessiya da etdirib.