
ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
Söhbətin 50 dəqiqə davam etdiyini qeyd edən Uşakov, Yaxın Şərqdə vəziyyətin təhlükəli gərginləşməsi təbii ki, fikir mübadiləsinin diqqət mərkəzində olduğunu bildirib.
Uşakovun sözlərinə görə, Tramp İsrail və İran ətrafındakı vəziyyəti çox narahatedici adlandırıb. Buna cavab olaraq Putin Rusiyanın iki ölkə arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb, eyni zamanda İsrailin hərəkətlərini pisləyib.
Söhbət zamanı Putin həmçinin razılaşdırıldığı kimi, iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, Putin Trampı ad günü münasibətilə təbrik edib (iyunun 14-də ABŞ prezidentinin 79 yaşı tamam oldu - red).