AZ

Ramil İskəndərli: İsveçrə səfirinə bildirdik ki, ölkəsi Azərbaycana qarşı iftira kampaniyasının meydançasına çevrilməməlidir

Azərbaycan Milli QHT Forumunun 5 iyun 2025-ci il tarixli Açıq Məktubu ilə əlaqədar dünən İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüşdük. Tomas Ştəliyə 100-lərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat adından bildirdik ki, İsveçrə real, ədalətli, əsaslı faktlara göz yumaraq, Azərbaycana qarşı iftira kampaniyasının meydançasına çevrilməməlidir”.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

“Səfirin diqqətinə çatdırdıq ki, İsveçrədə Azərbaycan əleyhinə bu cür təşəbbüslər regionda sülh və etimad quruculuğuna xidmət etmir, əksinə Ermənistanda revanşizmi alovlandırır, separatizmin yenidən təbliğinə münbit zəmin yaradır. Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini ifadə edərək, bu cür təxribat xarakterli addımlara, fəaliyyətə son qoyulmasının vacibliyini vurğuladıq”, - deyə Ramil İskəndərli qeyd edib.

Xatırladaq ki, 5 iyun tarixində Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəliyə açıq məktub ünvanlayıb.

Qeyd edilib ki, son vaxtlar İsveçrədə Azərbaycan əleyhinə fəaliyyətin genişlənməsi, İsveçrə parlamentinin Kantonlar Şurasının (Senatının) “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda kilsə başda olmaqla revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi müşahidə edilir:

"Bu günlərdə Bern şəhərində İsveçrə Protestant Kilsəsinin erməni kilsəsi ilə birlikdə Azərbaycanın suveren ərazilərində “erməni irsi” mövzusunda təşkil etdiyi tədbiri də bu seriyanın davamı kimi qəbul edirik".

Seçilən
8
2
qht.az

3Mənbələr