AZ

İmmobile “Beşiktaş”dan ayrıla bilər

BAKI, 14 iyun. TELEQRAF

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Çiro İmmobile İtaliyaya qayıda bilər.

Teleqraf “Corriere dello Sport”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə “Fiorentina” yaxından maraqlanır.

Florensiya təmsilçisi Moyze Kinin mümkün gedişindən sonra onu İmmobile ilə əvəzləmək istəyir. Digər namizədlər arasında “Fənərbağça”dan ayrılan Edin Dzeko, Yunanıstanın “Panatinaikos” komandasından Fotis İoannidis və İtaliyanın digər təmsilçisi “Çezena”dan Kristian Şpendi var.

“Fiorentina” italiyalı forvard uğrunda “Milan”la mübarizə aparacaq. Oyunçunun agenti artıq ötən gün “rossoneri”nin bazasında olub. Milanlıları qabaqlamağa çalışan "bənövşəyilər" İmmobileyə 2 illik müqavilə təklif ediblər.

Qeyd edək ki, Çiro İmmobile 2024-cü ilin yayından “Beşiktaş”da çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 41 oyunda 19 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
14
teleqraf.com

1Mənbələr