BAKI, 14 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra nazirlərlə təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Məlumata görə, toplantıda İsrail-İran münaqişəsi ilə bağlı bölgədəki vəziyyət müzakirə edilib.
Görüşdə Türkiyənin qlobal və regional təhlükəsizliyə yönəldilməsi ilə bağlı görüləcək tədbirlər qiymətləndirilib.
Toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib.