AZ

İrandan təxliyə olunan daha iki rusiyalı incəsənət xadimi Astara sərhədindən keçib - YENİLƏNİB

Rusiya Federasiyasının incəsənət xadimlərindən daha iki nəfər Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib.

Bu barədə APA-nın cənub bürosu xəbər verir.

APA-nın cənub bürosu xəbər verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən Rusiya Federasiyası vətəndaşları Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Onlar 2 ay bundan əvvəl İran İslam Respublikasına film çəkmək üçün keçən Rusiya incəsənət xadimləridir. Truppa 90 nəfərdən ibarətdir. Səmimi söhbət zamanı baş verən məlum hadisələrdən çox narahat və yorğun olduqlarını bildiriblər. Azərbaycan ərazisində artıq özlərini rahat və xoşbəxt hiss etdiklərini deyiblər. Bildiriblər ki, film çəkilişləri demək olar yekunlaşmaq üzrə idi. Təqribən 4-5 gün qalmışdı. "Çətin olacaq, amma Moskvaya qayıdandan sonra, eyni səhnəni orda yaratmalıyıq və filmi yekunlaşdırmalıyıq. Azərbaycan Dövlətinə öz təşəkkürümüzü bildiririk".

10:53

Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 90 nəfər heyəti quru yolla İrandan Azərbaycana gəlib.

APA-nın cənub bürosu xəbər verir ki, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, Azərbaycan onların İran İslam Respublikasından təxliyələrinin həyata keçirilməsinə dəstək göstərib.

"Cebheinfo.az"

Seçilən
0
6
cebheinfo.az

3Mənbələr