Demokrat.az xəbər verir ki, iyunun 21-dək davam edəcək uzunömürlülüyə həsr olunmuş bu unikal tədbir təşkilatçıların fikrincə, elm və harmoniyanın qovuşmasını nümayiş etdirəcək. “Viva La Vida Longevity Camp” layihəsi ruhlandırıcılar və təsisçilər - Həcər Cəfərova və İlona Ansonenin kuratorluğu ilə həyata keçirilir. Onların missiyası Xəzər dənizinin sahilində şüurlu uzunömürlülük icması - dünya xəritəsində yeni mavi zona yaratmaqdır.
Konqresin başlanğıcı “CaspiMayr Retreat Beach Resort”un yeni “wellness” məkanının təntənəli açılışı ilə əlamətdar olub. Rəmzi qırmızı lenti iş adamı və musiqiçi Emin Ağalarov kəsib. Açılışda uzunömürlülük təzahürü üzrə beynəlxalq kouç Reqan Hiller də iştirak edib.
Onların iştirakı elm, incəsənət və həyati enerjinin sinerjisinin bir növ simvolu oldu. Qonaqlar insan qayğısı sahəsində yeni dövrün təcəssümü olan əlamətdar hadisənin baş tutacağı ərazidə yaradılan şəraitlə tanış oldular.
“Viva La Vida Longevity Camp” konqresi aparıcı həkimləri, alimləri, regenerasiya, biohekinq, hormonal terapiya və psixoemosional uzunömürlülük üzrə mütəxəssisləri bir araya gətirən beynəlxalq platformadır.
Həftə çərçivəsində dünya ekspertlərdən mühazirələr və ustad dərsləri, fərdi məsləhətləşmələr, enerji və bədən təcrübələri, etnokonsertlər, art terapiya, yoqa və təmiz havada meditasiya nəzərdə tutulub.
Əsas məkanlardan biri innovativ sərgi sahəsi olacaq. Burada dünya səviyyəli brendlərin qocalma əleyhinə, tibb, hüceyrə terapiyası, genetika və aparat kosmetologiyası sahəsində ən son məhsulları təqdim olunacaq.
“CaspiMayr” bu gündən etibarən dünya “wellness” turizmi xəritəsində yeni cazibə nöqtəsinə çevrilib. Bu, dünyaca məşhur Avstriyanın “F.X.Mayr-Medicine” üsulu ilə Azərbaycanda işləyən ilk retritdir. Kurort tibbi protokolları bədən və şüur üzərində dərin işlə birləşdirən fərdiləşdirilmiş detoks, bərpa, stresdən azad olma və gəncliyin uzadılması proqramlarını təklif edir.
“CaspiMayr Retreat” təkcə istirahət yeri deyil, bədən, ağıl və ruha qayğının həyat tərzinə çevrildiyi bütöv yenilənmə ekosistemidir.





6Mənbələr
-
dogru.azSea Breeze də CaspiMayr Retreat və Viva La Vida camp açıldı FOTO ( 18268822)
-
ikisahil.azXəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub ( 18251098)
-
sia.az“Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub ( 18250999)
-
demokrat.azXəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub — FOTOLAR (YENİLƏNİB) ( 18250531)
-
demokrat.azXəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub — YENİLƏNİB (FOTOLAR) ( 18250513)
-
azertag.azXəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub ( 18249991)