
İran silahlı qüvvələrinin quru qoşunları İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcı təyyarəsinin vurulmasından sonra pilotu əsir götürüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "NourNews" agentliyi yayıb.
Qeyd olunur ki, bu məlumat İranın dövlət televiziya və radio yayımçısının "F-35" təyyarəsinin İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirməsindən sonra yayılıb.
İsrail ordusu hələlik bu məlumatla bağlı açıqlama verməyib.