AZ

İsrail İranın qərbindəki yeraltı raket obyektini vurub

ain.az bildirir, Sherg.az portalına istinadən.

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən yeraltı raket obyektinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusu İranın qərbində yerləşən, “yer-yer” tipli və qanadlı raketlərin saxlanılması və buraxılması üçün istifadə edilən yeraltı obyekti hədəfə alıb”.

Qeyd olunur ki, zərbələr İsrailin qırıcı təyyarələri tərəfindən həyata keçirilib.

Məlumatına görə, hədəfə alınan obyektin tərkibində yeraltı tunellər, raketlərin saxlanıldığı sahələr və çoxsaylı buraxılış qurğuları yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
sherg.az

4Mənbələr