“İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.
O, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı müdafiə etdiyini bildirib.
“Hazırda biz terrorçulara hücum edərkən, İran dinc ərazilərimizi bombalayır. Onlar prezident Trampa iki dəfə sui-qəsd etmək istəyiblər. Amerika səfirliklərini bombalayıblar”.
Baş nazir İranın İsraili məhv etmək üçün nüvə silahı hazırlamaq istədiyi barədə fikirlərini təkrarlayıb. O qeyd edib ki, yəhudi dövləti indi təkcə özünü deyil, başqalarını da müdafiə edir.