Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Lionel Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ehtimalı meydana çıxıb. "Football-plus.az" xəbər verir ki, onun atası Xorxenin bu ölkənin Sərmayə Fondu ilə danışıqlar apardığı bildirilib. Məlumatda argentinalı ulduzun ABŞ MLS çempionatının səviyyəsindən narazı qaldığı vurğulanıb. Messinin bu ilin sonunda "İnter Mayami" ilə başa çatacaq müqaviləsini artıracağı gözlənilmir. İki il əvvəl "Əl-Hilal" Messiyə rekord müqavilə təklifi versə də, futbolçu Səudiyyə Ərəbistanına yollanmaqdan imtina etmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.