Putin mənə zəng edərək çox mehribanlıqla ad günümü təbrik edib.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Doland Tramp bildirib.
“Söhbət İran və İsrail arasında gərginliyin, eləcə də Ukrayna ətrafındakı vəziyyətin müzakirəsindən gedib. Biz uzun müddət danışdıq. Rusiya və Ukrayna haqqında danışmağa çox az vaxt sərf olundu. Söhbət təxminən bir saat davam edib. O, mənim kimi, İsrail və İrandakı bu müharibənin bitməli olduğuna inanır və mən də ona bildirdim ki, onun da müharibəsi bitməlidir", - Tramp vurğulayıb.
Qeyd edək ki, ötən gün Trampla Putin arasında telefon danışığı baş tutub.