ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın MMA döyüşçüsü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək üçün vətənə qayıdıb.
Oxu.Az-ın məlumatına görə, idmançı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında media nümayəndələri tərəfindən qarşılanıb.
Rafael Fiziyev iyunun 21-də Kristal Zalda keçiriləcək döyüş gecəsində çilili rəqibi İqnasio Bahamondes ilə üz-üzə gələcək.
Həmin turnirdə həmçinin digər azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Nazimin rəqibi braziliyalı Nikolas Motta, Tofiqin rəqibi isə qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.