AZ

“Tottenhem” “Bavariya”nın üzvünü komandada saxlayacaq

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu mövsüm UEFA Avropa Liqasının qalibi olan “Tottenhem” heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda mövsümün ikinci yarısında “Bavariya”dan icarəyə götürdüyü Matyas Teli birdəfəlik transfer etmək niyyətindədir.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Premyer Liqa klubu 20 yaşlı hücumçu üçün Bundesliqa təmsilçisinə 35 milyon avro ödəməyi planlaşdırır.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm “Tottenhem”in heyətində çıxdığı 20 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sulşer "Çelsi"nin futbolçusunu istəyir

Barış Alper Yılmaz karyerasını Almaniyada davam etdirə bilər

Amrabat İtaliya klubunun radarında

"Monako" Fati ilə anlaşıb

“İnter”in hücumçusu İranda qalıb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
apasport.az

2Mənbələr