İsrailin Baş naziri Binyamin Netanyahu təcili olaraq hərbi-siyasi kabinetin fövqəladə iclasını çağırıb.
"Report"un xəbərinə görə, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
“Hazırda Baş nazir hərbi-siyasi kabinetin iclasını keçirir”, - məlumatda deyilir.
Bundan əvvəl Ordunun mətbuat xidməti xəbər vermişdi ki, İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Eyni zamanda İrandan atılan raketlərin qarşısının alınması istiqamətində iş aparılır.