İran və İsrailin hərbi qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin bir barelinin qiymətinin 200-300 dollara qalxmasına səbəb ola bilər.
"Report"un İraqın İNA agentliyinə istinadən məlumatına görə, bunu İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful ilə telefon danışığında bildirib.
"Regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlayacağı təqdirdə neftin qiyməti 200-300 dollar/barelə qədər yüksələ bilər", - İraq agentliyi Hüseynin sözlərini sitat gətirib.