AZ

Turində yeni müqavilə

İqor Tudorl “Yuventus”u daha uzun müddət çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəhbərliyi baş məşqçi ilə yeni müqavilə imzalayıb.

Turin klubunun rəsmi saytının məlumatına görə, xorvatiyalı mütəxəssis 2027-ci ilin yayına qədər komandanın baş məşqçisi olacaq. Müqavilədə əlavə olaraq müddətin daha bir il - 2028-ci ilin yayına qədər uzadılmasının mümkünlüyünü nəzərdə tutan bənd də var.

Tudor “Yuventus” a 2024/25 mövsümünün gedişində təyinat alıb. Komanda A seriyasını 70 xalla 4-cü pillədə başa vurub.

Seçilən
69
football-plus.az

1Mənbələr