BAKI, 15 iyun. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko çox kartof yeməməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, onun sözlərini yerli “Belta” nəşri yazıb.
Belarus liderinin fikrincə, kartof yemək insan orqanizminə mənfi təsir göstərə bilər. A.Lukaşenko bunu Qrodno vilayətinin Volkovısk şəhərinə səfəri zamanı deyib.
Belarus Prezidenti deyib: "Tik-Tok-da yazdığımız kimi kartof yesək, heç arıq olmayacağıq. Həftədə bir dəfə, ən çoxu, iki dəfə edə bilərsiniz. O da ya qaynanmış olmalıdı, ya da püre".