AZ

“FourFourTwo” futbol tarixinin ən yaxşı komandasını açıqladı

“FourFourTwo” statistik və analitik portalı futbol tarixinin ən yaxşı oyunçularından ibarət simvolik komandanı açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, komanda ən çox nüfuzlu fərdi mükafat – "Qızıl Top" mükafatını qazanan futbolçuların sayına əsaslanaraq tərtib olunub. Siyahıda ən çox "Qızıl Top" sahibi olan Lionel Messi (8) və Kriştiano Ronaldo (5) yer alıb.

Bütün zamanların ən güclü futbolçularından ibarət simvolik komanda belədir:

Qapıçı: Manuel Noyer (Almaniya);

Müdafiəçilər: Karlos Alberto (Braziliya), Paolo Maldini (İtaliya), Bobbi Mur (İngiltərə), Franko Baresi (İtaliya);

Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Andres İnyesta (İspaniya), Dieqo Maradona (Argentina);

Hücumçular: Lionel Messi (Argentina), Pele (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya).

Seçilən
32
90deqiqe.az

1Mənbələr