İsrail və İran arasında hərbi münaqişənin kəskinləşməsinin ikinci günü onlarla bina dağılıb, yüzlərlə insan yaralanıb. Hər iki tərəf raket və dronlardan istifadə edir.
Ötən gecə nə baş verib?
İranın hücumu:
— İrandan ilk hücum dalğası dünən saat 23:00 radələrində başlayıb. Ən azı 40 raket qeydə alınıb. İran bir gecədə ən azı üç atış dalğası həyata keçirib.
— SEPAH bildirib ki, İranın zərbələri İsrailin “təkrar hücumuna” cavabdır. İranın bütün əməliyyatları “daha ciddi və genişmiqyaslı” olacaq.
— İranın ballistik raket hücumundan sonra Hayfa şəhərində partlayış və yanğın. Yerli neft emalı zavodunda böyük yanğın baş verib və insanlar tunellərdə gizləniblər.
— Beş nəfər, o cümlədən 8 və 10 yaşlı iki azyaşlı uşaq ölüb. İranın Bat Yam yaşayış massivinə endirdiyi zərbə nəticəsində azı 195 nəfər xəsarət alıb. 35 nəfər itkin düşüb.
— İran zərbə üçün ən azı bir hipersəs raketindən və Xeybar raketindən istifadə edib.
— İran İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, hücum İsrail qırıcıları və neft emalı zavodları üçün yanacaq istehsalı sahələrini hədəf alıb.
İsrailin hücumu:
— İsrail ordusu saat 21:00 radələrində İrana zərbələr endirməyə başlayıb. Onların sözlərinə görə, İranda 150 hədəfə, o cümlədən Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirilib. İran Müdafiə Nazirliyinin Tehrandakı qərargahında da partlayış səsləri eşidilib.
— İsrail raketi Tehranın şərqindəki yaşayış kompleksinə düşüb. Bir neçə bina demək olar ki, tamamilə dağılıb. Ölənlər barədə hələ ki, məlumat yoxdur.
— Partlayışlar Karadje neft anbarında baş verib. İslam İnqilabı Keşikçiləri Korpusu da hücuma məruz qalıb.
— Netanyahu hərbi-siyasi kabineti fövqəladə iclasa çağırıb. İsrail ABŞ-dan hərbi əməliyyata qoşulmasını istəyib.
— İsrail Yəmənə zərbələr endirib.
— İsrailin hücumundan sonra Tehranda güclü yanğın baş verib. Tehranın şimalındakı Şahran neft anbarı və İran paytaxtının cənubundakı yanacaq anbarı vurulub.
— İraq Xarici İşlər Nazirliyi neftin qiymətinin indi bir barel üçün 300 dollara qədər yüksələ biləcəyini bildirib.