AZ

Hindistanda helikopter qəzası: ölən və yaralananlar var

Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb.

Publika.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib. Ştatın baş naziri Puşkar Sinqh “X” sosial şəbəkəsindəki hesabında hadisə yerinə xilasedicilərin cəlb olunduğunu yazıb.

Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Qəza barədə məlumatı ilk olaraq ərazidə odun yığan sakinlər verib. Son məlumata görə 5 nəfər ölüb.

Seçilən
30
6
publika.az

10Mənbələr