Dünən Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşanın premyerası olub. Qeyd edək ki, tanınmış tatar yazıçısı Tufan Minullinin “Ərməğanlı Əlməndər” adlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır. Səhnə əsərində 91 yaşlı ahıl kişinin yaşamaq eşqindən, həyata olan sevgisindən bəhs edilir.
Tamaşada rolları Xalq artistləri Valeh Kərimov, Ella Yaqubova, Qabil İbrahimli, Lalə Abuşova, Afət Əliyeva, Ömər Qasımzadə, Cavidan Abdullayev, Aytən İsmayılova, Firuz Hacıyev, Asim Məmmədov və İbrahim Salamov ifa edirlər.
XQ