AZ

Satirikin “Molla Nəsrəddin” yolu

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tanınmış yazıçı Xeyrəddin Qocanın anadan olmasının 75 illiyi münasibətilə “Molla Nəsrəddin” yolu” adlı yeni kitab işıq üzü görüb.

“Mütərcim” nəşriyyatında nəfis şəkildə çap olunan kitabda son 10 ildə yazıçı haqqında dövrü mətbuatda dərc olunmuş məqalələr, həmçinin yubilyarın yeni hekayələri və pyesləri toplanıb.

Kitabda akademik İsa Həbibbəylinin “Satirik qələmlə mübariz keşikdə”, akademik Nizami Cəfərovun fikirləri əks olunan “Akademik Nizami Cəfərovun dedikləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısı”, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayevin “Yazıçı, publisist, diplomat”, Sərvaz Hüseynoğlunun “Siyah içindəymiş sədəf sən demə...” kimi dəyərli yazıları, bir sıra qələm adamlarının, elm, mədəniyyət, incəsənət xadimlərinin fikir, mülahizə və düşüncələri yer alıb.

Maraqlıdır ki, məqalələrin hamısında ümummilli lider Heydər Əliyevlə Xeyrəddin Qocanın unudulmaz, xoş münasibətləri və görüşləri haqqında fikirlər qırmızı xətlə keçir.

Yazıçının 40-a yaxın yeni hekayəsi, “Zamanın ruzigarı”, “Bu da axırı..” adlı pyesləri, səhnələşdirilmiş əsərlərinin afişaları, bəzi tamaşalarından səhnələr, ona həsr olunmuş “Dostluq şarj”ları, satirik hekayələrinə çəkilmiş gülüş dolu illüstrasiyalar kitabın məziyyətlərini daha da artırır.

“Molla Nəsrəddin” yolu” kitabının tərtibçisi gənc yazıçı Selcan Muradzadədir.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
xalqqazeti.az

6Mənbələr