AZ

"Son zəng" də məktəb direktoru məzunları təhqir edib, qovdu - VIDEO

Sumqayıtda 30 nömrəli məktəbdə xoşəqəlməz hadisə yaşanıb

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbdə "Son zəng" də məzunlar rəqs zamanı əyləncə üçün rəngli tüstü istifadə ediblər.

Bu səbəbdən Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbin direktoru Fəridə Cəlilova tədbiri dayandıraraq polisə səslənərək məzunları niyə gəlib aparımırsız sualı verib.

Daha sonra direktor heç də müəllim adına yaraşmayan tərzdə məzunları təhqir edərək "alcaq" adlandırıb və tədbiri sonlandıraraq valideynlərə bildirib ki sizinlədə qurtardıq gedirik evə və beləcə məzunların "Son zəng"i bitirib.

Məsələ ilə bağlı məktəb direktoru Fəridə Cəlilovadan heç bir açıqlama almaq mümkün olmadı. Fərdiə Cəlilovanında fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
4
3
news365.az

10Mənbələr