AZ

Zaqatalada qəzaya düşən motosiklet sürücüsü VƏFAT ETDİ

İyunun 14-də saat 17 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində hərəkətdə olan yük dolu motosiklet idarəetmədən çıxaraq aşıb.

Bizim.Media -nın yerli bürosu xəbər verir ki, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Bizim.Media

Seçilən
18
12
bizim.media

10Mənbələr