İsrail İranın paytaxtı Tehranın iki neft anbarını vurub, hər iki obyektdə yanğın başlayıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İranın “Fars” və “Tasnim” agentlikləri məlumat yayıb.
Hücum Kan və Şahran bölgələrindəki neft anbarlarını hədəf alıb. Zərbələrin fəsadlarını aradan qaldırmaq üçün hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.
Mümkün tələfat və yaralananlar barədə məlumat verilmir.