AZ

Şuşada daha 3 yeni yaşayış kompleksinin inşasına başlanacaq

Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Şəhərdə turizmin inkişafına töhfə verən yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhəri ziyarət edənlərin sayı 25 mini keçib.

Demokrat.az xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Seçilən
9
1
demokrat.az

8Mənbələr