AZ

Dünya çempionatı qolsuz başladı

Mayamidə (ABŞ) futbol üzrə klublararası dünya çempionatına start verilib.

Msport.az xəbər verir ki, yarışın açılış matçı “Hard Rok” stadionunda keçirilib.

A qrupunda yarışan “İnter Mayami” ilə “Əl-Əhli” (Misir) üz-üzə gəlib. Matç “İnter Mayami”nin üstünlüyü ilə keçsə də, oyunda hesab açılmayıb – 0:0.. 43-cü dəqiqədə “Əl-Əhli”dən Trezege penaltini qola çevirə bilməyib. 90+6-cı dəqiqədə isə Lionel Messinin (“İnter Mayami”) zərbəsi qapı dirəyinə dəyib.

Növbəti turda “İnter Mayami” “Portu” (Potuqaliya) ilə, “Əl-Əhli” isə “Palmeyras”la (Braziliya) qarşılaşacaq.

Bu gün çempionat daha iki oyunla davam etdiriləcək.

 

C qrupu

20:00. “Bavariya” (Almaniya) – “Oklend Siti” (Yeni Zelandiya)

 

B qrupu

23:00. PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya)

 

Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur. Turnirin final oyunu iyulun 13-də olacaq.

Seçilən
12
3
msport.az

5Mənbələr