AZ

"Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər"

İraqın xarici işlər naziri və baş nazirin müavini Fuad Hüseyn Almaniyanın xarici işlər naziri Yoxann Vadeful ilə telefon danışığı zamanı bildirib ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin bir barel üçün 200-300 dollara qədər artmasına səbəb ola bilər.

Bu barədə "INA" informasiya agentliyi məlumat yayıb.

İraqlı diplomatı qeyd edib ki, regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara gətirib çıxara bilər.

© APA

Seçilən
21
2
marja.az

10Mənbələr