“Arsenal” “Sportinq”in isveçli hücumçusu Viktor Qyokereş üçün prioritet seçim olaraq qalır. Daha əvvəl futbolçunun “Mançester Yunayted”dən imtina etdiyi və “Arsenal”da oynamaq istədiyi məlum olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” təsdiqləyib ki, “Sportinq”lə anlaşma indi mümkün olmayacaq.
London klubu isə vəziyyəti izləyir.
Qyokereş 2024/2025 mövsümündə bütün klub yarışlarında 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib.