
İranın bir gecədə İsrailə endirdiyi raket zərbələri nəticəsində 10 nəfər ölüb.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıblar.
Polis Təl-Əvivin cənubundakı Bat Yam şəhərində ikisi uşaq olmaqla altı nəfərin öldüyünü bildirib.
Qeyd olunub ki, yeddi nəfər itkin düşüb, lakin xilasedicilər dağılmış binaların dağıntıları arasında axtarışları davam etdirirlər.